“Azərbaycanın Çin ilə münasibətləri çox uğurla inkişaf edir” | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycanın Çin ilə münasibətləri çox uğurla inkişaf edir”

Qafar Ağayev13:30 - 29 / 04 / 2022
“Azərbaycanın Çin ilə münasibətləri çox uğurla inkişaf edir”

Azərbaycanın Çin ilə münasibətləri çox uğurla inkişaf edir. Çin lideri ilə görüşlərimizdə regional və ikitərəfli münasibətləri kifayət qədər müzakirə etmişik.

1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

“Qeyd etməliyəm ki, Sədr Si Cinpin məni Çinin böyük dostu adlandırıb. Si Cinpin Azərbaycanın yaxın dostudur və mən 2019-cu ildə “Bir kəmər, bir yol” beynəlxalq forumuna dəvət edilən məhdud sayda dövlət başçılarından biri idim”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Paylaş:
281

Son xəbərlər

Bütün xəbərlər