Putin sanksiyalara qarşı yeni cavab fərmanı imzalayıb | 1news.az | Xəbərlər
Dünya

Putin sanksiyalara qarşı yeni cavab fərmanı imzalayıb

14:55 - 03 / 05 / 2022
Putin sanksiyalara qarşı yeni cavab fərmanı imzalayıb

Rusiya Prezidenti Vladimir Putin bir sıra xarici dövlətlərin qeyri-dost hərəkətləri ilə əlaqədar cavab iqtisadi tədbirlər haqqında fərman imzalayıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Putin hökumətə 10 gün ərzində cavab sanksiyalarına məruz qalan şəxslərin siyahısını müəyyən etməyi tapşırıb.

Sənəd Rusiya Federasiyasının cavab sanksiyalarına məruz qalmış xarici fiziki və hüquqi şəxslər qarşısında əməliyyatlar aparmağı və öhdəlikləri yerinə yetirməyi qadağan edir.

Fərman həmçinin Rusiyada sanksiyalar altında olan şəxslərin xeyrinə Rusiyadan xammal və məhsulların ixracını qadağan edir.

1news.az

Paylaş:
319

Son xəbərlər

Bütün xəbərlər