Hesablama Palatasının 2021-ci il üzrə Hesabatının DİM-lə əhatə olunması yenilikdir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Hesablama Palatasının 2021-ci il üzrə Hesabatının DİM-lə əhatə olunması yenilikdir

15:48 - 05 / 05 / 2022
Hesablama Palatasının 2021-ci il üzrə Hesabatının DİM-lə əhatə olunması yenilikdir

Heç kəsə sirr deyil ki, bu il ötən illərlə müqasiyədə əldə olunan uğurların davamını və müsbət nəticələrini müşahidə etməkdəyik.

Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına dair keçirilən müşavirə bir daha postmüharibə dövründə mükəmməl dövlət idarəçiliyinin tətbiq edildiyini göstərdi.

Postpandemiya və postmüharibə dövründə istər yerli, istərsə də beynəlxalq səviyyədə əldə edilən bütün nailiyyətlər ölkə başçısı tərəfindən həyata keçirilən ardıcıl və davamlı islahatların, mükəmməl idarəetmənin kontekstində dövlət institutlarının əlaqələndirici fəaliyyətinin nəticəsidir.

Bu məcrada “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan üçün əhəmiyyət kəsb edən Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun müəyyən edilmiş milli prioritetlər və onlara dair göstəricilər ölkəmizdə dayanıqlı inkişaf sahəsində aparılacaq islahatların əsas istiqamətlərindən xəbər verirdi.

Bu istiqamətdə görülən işlər çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatasının xüsusi rolunu vurğulamaq lazımdır. Palatanın fəaliyyətinin əsas prioritet istiqaməti dövlət maliyyəsinin idarə edilməsində səmərəliliyin (DİM8), hesabatlılığın və şəffaflığın inkişaf etdirilməsi (DİM16), habelə vətəndaşların mənafeyi naminə dövlət vəsaitlərinin idarə edilməsini daha da artırmaqdır (DİM 8 və 16).

2030 Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri ilə Palatanın ali məqsədlərinin üst-üstə düşməsinə baxmayaraq, 2021-2025-ci illər üzrə Hesablama Palatasının Strateji Planında Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi ilə bağlı nəzarət tədbirlərinin olmaması diqqəti cəlb etmişdir.

Bununla belə kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanı olaraq Azərbaycan Respublikasının Hesablama Palatasının 2021-ci ildə hazırladığı Hesabatın əvvəlki illərlə müqasiyədə daha təkmil və çoxşaxəli fəaliyyəti əks etdirməsi sevindirici haldır.

Öz fəaliyyəti ilə dövlət vəsaitlərinin hüquqi aktların tələblərinə uyğun daha səmərəli və qənaətli istifadəsinin təmin edilməsini həyata keçirən Hesablama Palatasının bir qurum kimi Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi ilə bağlı nəzarət tədbirlərini gücləndirməsi ölkəmizin inkişafının daha dayanıqlı və innovativ olmasına bir töhfədir.

Təqdim edilmiş bu ilki hesabatda həyata keçirilmiş iki auditin ilk dəfə olaraq Dayanıqlı İnkişaf Məqsədləri ilə əhatə olunması yenilikdir.

Dayanıqlı İnkişaf Məqsədləri Parlamentin, habelə Milli Məclis üzvlərinin konstitusion vəzifələri olduğundan bu fəaliyyətə növbəti yoxlamalarda, hesabatlarda daha çox yer verilməsi hökumətimizin də bu sahədə apardığı uğurlu siyasətə kömək göstərəcəkdir.

Bu gün heçkəsin kənarda qalmaması prinsipi ilə 17 məqsəd və 169 hədəfdən ibarət mürəkkəb gündəliyin həyata keçirilməsi üçün cəmiyyətin bütün təbəqələrinin və dövlət institutlarının iştirakı, innovativ yanaşmaya əsaslanan dayanıqlı həll yollarının tətbiqi, eyni zamanda milli və beynəlxalq hesabatlarda bu fəaliyyətin daha çox əks olunması zəruridir.

Məzahir Əfəndiyev,

Azərbaycan Respublikası

Milli Məclisinin deputat

Paylaş:
316

Son xəbərlər

31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08
Bütün xəbərlər