Nazir müavini: “Qazaxın 7 kəndi, Kərki ilə bağlı məsələlər delimitiasiya kontekstində həllini tapmalıdır”
Qazaxın 7 kəndi, Kərki kəndinin Azərbaycanın nəzarətinə qaytarılması və digər bununla əlaqəli məsələlər delimitiasiya kontekstində həllini tapmalıdır.
1news.az-ın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan heç bir zaman bəyan edə bilməz ki, bu ərazilər Azərbaycan ərazisi deyil.
"Bu ərazilər Azərbaycan ərazisidir. Bu ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması delimitasiya prosesi tələb etdiyi üçün məsələyə bu çərçivədə baxılacaq. Bu ərazilərin Azərbaycanın nəzarətinə keçməsi müzakirə olunub öz həllini tapacaq", - deyə X.Xələfov qeyd edib.
259