Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi növbəti dəfə atəşə tutub | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi növbəti dəfə atəşə tutub

Qafar Ağayev09:26 - 12 / 05 / 2022
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi növbəti dəfə atəşə tutub

Mayın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Paylaş:
310

Son xəbərlər

Bütün xəbərlər