Azərbaycan neftinin qiyməti 114 dollara yaxınlaşır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 114 dollara yaxınlaşır

11:55 - 13 / 05 / 2022
Azərbaycan neftinin qiyməti 114 dollara yaxınlaşır

Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,40 dollar artaraq 108,85 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,12 dollar bahalaşaraq 107,25 dollar olub.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,25 dollar artaraq 113,98 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

1news.az

Paylaş:
390

Son xəbərlər

Bütün xəbərlər