Azərbaycan və Türkiyəyə qarşı dezinformasiya bu gün də davam edir - Hikmət Hacıyev | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Türkiyəyə qarşı dezinformasiya bu gün də davam edir - Hikmət Hacıyev

Qafar Ağayev14:16 - 14 / 05 / 2022
Azərbaycan və Türkiyəyə qarşı dezinformasiya bu gün də davam edir - Hikmət Hacıyev

2021-ci il Türk Dövlətləri Təşkilatının tarixində çox mühüm və əhəmiyyətli il olub. Çünki İstanbul Sammitində təşkilatımız məhz Türk Dövlətləri Təşkilatı adı altında təsis edildi.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısında çıxışı zamanı bildirib.

Həmin Sammitdə “Türk dünyasına baxış 2040” sənədi qəbul edildi ki, burada digər sahələrdə olduğu kimi, media və informasiya sahəsində də ölkələrimiz arasında əməkdaşlıqla qarşıya çox ciddi vəzifələr və tapşırıqlar qoyuldu.

Media sahəsi üzrə birgə işlərin daha sistemli və koordinasiyalı şəkildə aparılması üçün təşkilat daxilində yaradılan qrupun üzv ölkələr arasında birgə fəaliyyətin təkmilləşdirilməsinə dəstək verəcəyini vurğulayan H.Hacıyev deyib ki, xüsusilə 2019-cu ildə VII Bakı Sammitində liderlərimiz tərəfindən qəbul edilən qərarlarla media, televiziya kimi sahələr üzrə əməkdaşlıq qarşımıza məqsəd kimi qoyulub. Türk dünyası olaraq bugünkü toplantıda çox mühüm məsələləri müzakirə etdik.

Türk Dövlətləri Təşkilatına uğurlu sədrlik etdiyi üçün Türkiyə dövlətinə minnətdarlığını bildirən Prezidentin köməkçisi keçən il keçirilən media forumunu xatırladaraq, o görüşün ölkələrimiz arasında media sahəsi üzrə təkcə rəhbər şəxslərin görüşü deyil, eyni zamanda, qurumlar arasında əməkdaşlıq baxımından da səmərəli olduğunu bildirib.

Liderlərimiz tərəfindən qarşımıza qoyulan məqsədlərin, sadəcə, əməkdaşlığa deyil, xalqlarımızın mənəvi yaxınlaşmasına da töhfə verdiyini deyən Hikmət Hacıyev ölkələrimizə qarşı aparılan dezinformasiya və saxta xəbər təbliğatlarının bu gün də davam etdiyini deyib.

“Azərbaycanın müstəqilliyinin ilk günlərindən biz bu kimi hücumlara məruz qalmışıq. Xüsusilə 44 günlük Qarabağ müharibəsində biz hibrid, psixoloji müharibənin bütün elementləri ilə üz-üzə qaldıq.

Bütün digər sahələrdə olduğu kimi, Azərbaycan və türk mediasının birgə fəaliyyəti, birgə səylər sayəsində haqq və ədaləti dünyaya çatdırmağa nail olduq”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Paylaş:
292

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər