Prezident: “Türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibəti yüksək qiymətləndirilir” | 1news.az | Xəbərlər
Rəsmi

Prezident: “Türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibəti yüksək qiymətləndirilir”

Qafar Ağayev14:59 - 16 / 05 / 2022
Prezident: “Türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibəti yüksək qiymətləndirilir”

Qardaş türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibəti ölkəmiz tərəfindən yüksək qiymətləndirilir.

1news.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev mayın 16-da Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Azərbaycanın beynəlxalq əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin bütün dövlətlərlə, o cümlədən qonşu ölkələrlə yaxşı münasibətlərə malik olduğunu vurğulayaraq, Azərbaycan tərəfinin Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif etdiyini bir daha xatırladıb.

Paylaş:
314

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər