Qırğız parlamentinin sədr müavini Azərbaycana gəlib | 1news.az | Xəbərlər
Siyasət

Qırğız parlamentinin sədr müavini Azərbaycana gəlib

Qafar Ağayev12:21 - 16 / 05 / 2022
Qırğız parlamentinin sədr müavini Azərbaycana gəlib

Mayın 16-da Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primovun başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinfdən 1news.az-a verilən xəbərə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Qırğızıstan parlament nümayəndə heyətini Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, Qırğızıstanın Azərbaycandakı səfiri Kairat Osmonaliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər mayın 18-də başa çatacaq.

Paylaş:
367

Son xəbərlər

Bütün xəbərlər