İlham Əliyev İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirini qəbul edib - YENİLƏNİB

Qafar Ağayev11:39 - 17 / 05 / 2022
İlham Əliyev İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri qəbul edib.

1news.az xəbər verir ki, görüşdə Azərbaycanla İsrail arasında iqtisadi əlaqələrə toxunuldu, kənd təsərrüfatı sahəsində həyata keçirilən əməkdaşlığın perspektivlərindən danışıldı. İsrailin müasir texnologiyalarının Azərbaycanın kənd təsərrüfatında tətbiqi ilə bağlı fikir mübadiləsi aparıldı.

Oded Forerin səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Dövlətimizin başçısı müasir dövrdə ərzaq təhlükəsizliyinin bütün ölkələr, o cümlədən Azərbaycan üçün də prioritet məsələ olduğunu qeyd edərək, ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən danışdı. Prezident İlham Əliyev yerli kənd təsərrüfatı istehsalının və ixracatın əhəmiyyətli dərəcədə artdığını vurğuladı, eyni zamanda, idxaldan asılılığın maksimum dərəcədə azaldılması istiqamətində də işlərin həyata keçirildiyini dedi.

Erməni işğalından azad edilmiş ərazilərdə görülən işlərdən danışan dövlətimizin başçısı bu torpaqlarda dərhal kənd təsərrüfatı layihələrinin həyata keçirilməsinə başlanıldığını və artıq müəyyən nəticələrin əldə edildiyini bildirdi. İşğal dövründə ermənilərin ərazilərimizdə ekoloji soyqırımı törətdiyini vurğulayan Prezident İlham Əliyev xüsusilə bunun nəticəsində bu yerlərin su mənbələrindən də məhrum olunduğunu, buna görə hazırda həmin ərazilərdə su mənbələrinin bərpası və irriqasiya sistemi ilə bağlı genişmiqyaslı işlərin planlaşdırıldığını qeyd etdi.

Oded Forer kənd təsərrüfatı sahəsində ölkələrimizin müvafiq qurumları arasında yaxşı əməkdaşlığın mövcud olduğunu dedi, Bakıda keçiriləcək “Caspian Agro 2022” - Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin əhəmiyyətini qeyd etdi və eyni zamanda, Azərbaycan-İsrail kənd təsərrüfatı biznes forumunda iştirak etmək üçün onunla birlikdə İsraildən xeyli sayda şirkətin nümayəndələrinin də gəldiyini məmnunluqla bildirdi. İsrailin kənd təsərrüfatı sahəsində yaxşı təcrübəsinin olduğunu qeyd edən nazir bu təcrübəni azərbaycanlı həmkarları ilə bölüşməsindən məmnunluğunu ifadə etdi.

Oded Forer bildirdi ki, Azərbaycanda əldə edilən inkişafın böyük imkanlar yaratdığı nəzərə alınaraq Qarabağ regionunda da əməkdaşlıq üçün yaxşı potensial var.

10:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri qəbul edib.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş:
433

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər