Rusiya ordusu S-500-ləri silahlanmaya daxil edib | 1news.az | Xəbərlər
Dünya

Rusiya ordusu S-500-ləri silahlanmaya daxil edib

16:21 - 18 / 05 / 2022
Rusiya ordusu S-500-ləri silahlanmaya daxil edib

S-500 zenit raket kompleksləri Rusiya ordusunun silahlanmasına daxil olmağa başlayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Yuri Borisov “Bilik” cəmiyyətinin "Yeni Üfüqlər" marafonunda çıxış edərkən bildirib.

"Bu gün hava hücumundan müdafiə və raketdən müdafiə funksiyalarını birləşdirən sistemlər artıq xidmətə daxil olmağa başlayıb, bunlar S-500 sistemləridir", - deyə Borisov vurğulayıb.

1news.az

Paylaş:
341

Son xəbərlər

Bütün xəbərlər