ASCO-da ekologiyaya zərərin vurulmaması üçün qabaqlayıcı tədbirlər görülür | 1news.az | Xəbərlər
Cəmiyyət

ASCO-da ekologiyaya zərərin vurulmaması üçün qabaqlayıcı tədbirlər görülür

Qafar Ağayev15:04 - 18 / 05 / 2022
ASCO-da ekologiyaya zərərin vurulmaması üçün qabaqlayıcı tədbirlər görülür

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır.

ASCO-dan 1news.az-a verilən məlumata görə, əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür.

2022-ci ilin ilk üç ayının nəticələrinə görə, ASCO gəmilərindən 21,014 m³ plastmas, 165,011 m³ qida qalığı, 118,364 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 24,92 m³ istismar tullantısı, 109 m³ neft qalığı, 1237 m³ döşəməaltı lyal sular, 22073,7 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 102,4 m³ çən dibində formalaşmış neftli şlam, 4,2 ton yanmış qəlib qumu, 418,16 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 19131,66 ton məişət çirkab suyu, 105 ton neftli döşəməaltı-lyal su, 38,34 ton sürtgü yağı, 783,03 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 264,82 m³ qida qalığı, 143,85 m³ polimer əsaslı və plastmas tullantı, 26,05 m³ yağlı və neftli tullantı, 38,25 m³ rezin tullantı, 27 ədəd akkumulyator və halvanik element, 123,8 m³ istismar tullantı, 8,71 m³ elektron tullantı, 0,203 m³ tibbi tullantı aidiyyatı üzrə təhvil verilib.

Bundan başqa, qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 25,95 m³ müxtəlif ölçülü əşya yığılıb təhvil verilib.

İlin ilk üç ayında ümumilikdə 0,473 ton kağız, 0,128 ton plastmas, 4042,219 ton qara metal, 2, 367 ton əlvan metal isə təkrar emala göndərilib.

Paylaş:
301

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər