Ceyhun Bayramov AŞ Nazirlər Komitəsinin iclasında iştirak edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov AŞ Nazirlər Komitəsinin iclasında iştirak edib - FOTO

Qafar Ağayev14:29 - 20 / 05 / 2022
Ceyhun Bayramov AŞ Nazirlər Komitəsinin iclasında iştirak edib - FOTO

20 may 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinin İtaliyanın Turin şəhərində keçirilən 132-ci sessiyasında çıxış edib.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov AŞ Nazirlər Komitəsində sədrliyinin müvəffəqiyyətlə başa çatması münasibətilə İtaliyanı təbrik edib və gələcək İrlandiya sədrliyinə dəstəyimizi ifadə edib.

Çıxışında Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenlik və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayan nazir, sözügedən prinsiplərin beynəlxalq sülh, təhlükəsizlik və sabitliyin əsası olduğunu qeyd edib.

AR XİN-in rəhbəri bölgədəki cari vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar barədə iclas iştirakçılarını məlumatlandırıb. Hazırda iki dövlət arasında münasibətlərin normallaşdırılması istiqamətində tərəfimizdən ardıcıl səylərin davam etdiyini bildirən nazir, aprelin 6-da Aİ Şurasının Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutan görüşünün bu prosesə müsbət təsir göstərdiyini qeyd edib. Nazir, sözügedən görüşün yekunlarına görə iki ölkə arasında sülh sazişinin hazırlanmasına başlanılması ilə bağlı hər iki ölkənin xarici işlər nazirlərinə təlimat verildiyini, həmçinin iki dövlət arasında sərhədin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiyasının təşkil edilməsinin razılaşdırıldığını diqqətə çatdırıb.

Azərbaycanın regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Ermənistanla əməkdaşlıq etməyə hazır olduğunu qeyd edən nazir Ceyhun Bayramov, bu istiqamətdə xüsusi rola malik etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinə Avropa Şurasının töhfə verə biləcəyini qeyd edib və AŞ Baş katibinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşünün təşkilini müsbət qiymətləndirib.

Azərbaycanın post-münaqişə dövründə üzləşdiyi problemlərdən olan mina təhlükəsi, 1990-cı illərin əvvəlində baş verən müharibə zamanı itkin düşən 4000-dən çox azərbaycanlı barəsində bugünədək məlumatın olmadığına diqqət çəkən nazir Ceyhun Bayramov beynəlxalq birliyi regionda möhkəm sülh və sabitlik naminə bu problemlərin aradan qaldırılmasına fəal dəstək və töhfə verməyə çağırıb.

Azərbaycanın AŞ üzv dövlətləri və orqanları ilə əməkdaşlığa sadiq olduğunu qeyd edən nazir, 2022-ci ilin aprelində AŞ Baş katibinin Azərbaycana səfəri zamanı Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq məsələlərinin geniş müzakirə olunduğunu, AŞ 2022-2025-ci illərdə Azərbaycan üçün yeni fəaliyyət planının təqdim edildiyini və sözügedən planın birgə fəaliyyət üçün yeni zəmin yaratdığını vurğulayıb.

Çıxışın sonunda nazir, İrlandiyanın gələcək sədrliyi dövründə də AŞ ümumi dəyərləri əsasında prioritetlərinə uyğun olaraq nəticə yönümlü əməkdaşlığımızın davam etdirəcəyini bildirib.

Paylaş:
297

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər