Moskvada “Qloballaşan dünyada mədəniyyətlər dialoqu mədəniyyəti” kitabının təqdimatı keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Moskvada “Qloballaşan dünyada mədəniyyətlər dialoqu mədəniyyəti” kitabının təqdimatı keçirilib - FOTO

S.Xankişiyeva17:00 - 21 / 05 / 2022
Moskvada “Qloballaşan dünyada mədəniyyətlər dialoqu mədəniyyəti” kitabının təqdimatı keçirilib - FOTO

Azərbaycanın Rusiyadakı səfirliyi və Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Qloballaşan dünyada mədəniyyətlər dialoqu mədəniyyəti” kitabının təqdimat mərasimini keçirib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, tədbirdə Rusiyanın görkəmli ictimai-siyasi xadimləri və alimləri, Heydər Əliyevin müxtəlif dövrlərdə onunla işləmiş məsləkdaşları, Azərbaycan diasporunun nümayəndələri, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, Özbəkistan, Moldova, Türkiyə, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Cibutinin Rusiyadakı səfirliklərinin yüksəkvəzifəli nümayəndələri iştirak edib.

Tədbiri açan səfir Polad Bülbüloğlu Azərbaycan xalqının dahi oğlunun zəngin həyat yolu, sovet dönəmində Azərbaycanın rəhbəri olan Ümummilli Liderin görkəmli xidmətləri, respublikamızı 15 müttəfiq respublika arasında bütün göstəricilər üzrə ən qabaqcıl və mühüm respublikalar sırasında çıxarmağa nail olması barədə söhbət açıb. P.Bülbüloğlu vurğulayıb ki, 1993-cü ildə tamamilə yeni şəraitdə, dağıntı, xaos və böhran məqamında ölkə rəhbərliyinə qayıtmış Heydər Əliyev öz müdrikliyi, zəngin həyat təcrübəsi və yüksək nüfuzu sayəsində respublikanı tamamilə başqa səviyyəyə qaldırmağa nail olub, bugünkü Azərbaycanın işğal edilmiş ərazilərini geri qaytarmağa və qaytarılmış ərazidə quruculuq işinə başlamağa imkan vermiş inkişafın təməlini yaradıb.

Səfir qeyd edib ki, Heydər Əliyevin başladığı dirçəliş işinin onun oğlu İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi dərin rəmzi məna daşıyır. Atasından irsən keçmiş qətiyyət, uzaqgörənlik, özünün haqlı olmasına əminlik, sərkərdə istedadı bənzərsiz insan olan İlham Əliyevin işğal edilmiş torpaqları 44 gün ərzində hərbi-siyasi yolla azad etməsinə, Şuşa şəhərini Azərbaycana qaytarmasına imkan verib!

Azərbaycan səfiri deyib: “Əminəm ki, bu gün Heydər Əliyev Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazmış oğlu ilə fəxr edərdi”.

Polad Bülbüloğlu təqdim olunan kitab barədə qonaqları məlumatlandıraraq qeyd edib ki, bu nəşr Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə artıq dördüncü dəfə keçirilən Beynəlxalq elmi konfransın materialları əsasında hazırlanıb. Fond özünün bütün təşəbbüslərində daim böyük Heydər Əliyevin bizə vəsiyyət etdiyi - dünyada baş verən proseslərə diqqət yetirmək və onları fəlsəfi baxımdan dərk etmək, müxtəlif ölkələrdən olan alimlərin və elm xadimlərinin fikirlərinə həssas yanaşmaq ideyalarını əsas götürür. Təsadüfi deyil ki, təqdim edilən məqalələr toplusunda Azərbaycan alimləri ilə yanaşı, Rusiya və Özbəkistan alimləri də geniş təmsil olunub.

“Qloballaşan dünyada mədəniyyətlər dialoqu mədəniyyəti” kitabının tərtibçisi, fəlsəfə elmləri doktoru, professor İbrahim Məlikov çıxışında bu kitabın yaranma tarixi barədə məlumat verib, mədəniyyətlər dialoqunun və müasir aləmdə onların qarşılıqlı təsirinin əhəmiyyətini vurğulayıb.

Sonra çıxış edən fəlsəfə elmləri doktoru, Başkortostan Elmlər Akademiyasının akademiki, professor, Ufa Federal Tədqiqat Mərkəzinin Sosial-İqtisadi Araşdırmalar İnstitutunun baş elmi işçisi Fanil Fayzullin Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyini vurğulayaraq onun milli münasibətlər məsələlərinə dərindən bələd olmasını və yarana biləcək problemlərdən qacınmaq üçün müxtəlif xalqların qarşılıqlı münasibətlərinə ehtiyatla və ciddi yanaşmağın zəruri olduğunu qeyd edib.

Fəlsəfə elmləri doktoru, Rusiya Daxili İşlər Nazirliyinin V.Y.Kikotya adına Moskva Universitetinin Fəlsəfə kafedrasının professoru Vitali Belski ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrikliyi sayəsində son 30 ildə Azərbaycanın keçdiyi dövlətçilik yolunu qeyd edərək vurğulayıb ki, Azərbaycanın bugünkü inkişafının təməli Ulu Öndər tərəfindən qoyulub.

Daha sonra çıxış edən fəlsəfə elmləri doktoru, V.M.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Aleksandr Çumakov vurğulayıb ki, Sovet İttifaqı dağılandan sonra bütün sovet məkanında, ilk növbədə, mədəniyyət sahəsində ciddi sarsıntı yaşanıb. O, mənəvi və mədəni irsin qorunub saxlanmasında Heydər Əliyevin rolunu xatırladaraq qeyd edib ki, Ümummilli Liderin ideyaları bu gün uğurla həyata keçirilir və bu baxımdan, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin işi xüsusi qeyd edilməlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli öz çıxışında görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixində xidmətlərini qeyd edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ölkəmizin Qələbəsinin və işğal edilmiş torpaqların azad edilməsinin tarixi əhəmiyyətini vurğulayıb. Daha sonra Eynulla Mədətli “Qloballaşan dünyada mədəniyyətlər dialoqu mədəniyyəti” kitabı haqqında fikirlərini bölüşüb.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar üçün ziyafət təşkil edilib

Paylaş:
601

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər