Cavid Qurbanov ADY sədri vəzifəsindən azad edildi, nazir müavini oldu | 1news.az | Xəbərlər
Rəsmi

Cavid Qurbanov ADY sədri vəzifəsindən azad edildi, nazir müavini oldu

Qafar Ağayev22:02 - 24 / 05 / 2022
Cavid Qurbanov ADY sədri vəzifəsindən azad edildi, nazir müavini oldu

Prezident İlham Əliyev C.Q.Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam verib.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Sərəncamla Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Prezident İlham Əliyev C.Q.Qurbanovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında Sərəncam verib.

****

Dövlət başçısının digər Sərəncamı ilə Cavid Qəmbər oğlu Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Paylaş:
1030

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər