Azərbaycan və Türkiyə səhiyyə nazirləri Cenevrədə gələcək əməkdaşlıq məsələlərini müzakirə etdilər | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Türkiyə səhiyyə nazirləri Cenevrədə gələcək əməkdaşlıq məsələlərini müzakirə etdilər

Qafar Ağayev11:35 - 24 / 05 / 2022
Azərbaycan və Türkiyə səhiyyə nazirləri Cenevrədə gələcək əməkdaşlıq məsələlərini müzakirə etdilər

Ümumdünya Səhiyyə Assambleyasının yubiley sessiyası çərçivəsində səhiyyə naziri Teymur Musayev Cenevrədə türkiyəli həmkarı Fahrettin Koca ilə görüşüb.

1news.az xəbər verir ki, görüşdə tərəflər iki qardaş ölkənin səhiyyə sahəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə etdilər. Həmçinin “Səhiyyə Biznes Forumu”nun Bakıda təşkil olunması barədə danışıqlar aparılıb.

Türkiyə “Səhiyyə Biznes Forumu”nu bu zamana qədər Birləşmiş Krallıqda, Özbəkistanda, Pakistanda və digər ölkələrdə keçirib. Forumda təmsil olunan ölkələrin özəl tibb şirkətləri, həmçinin səhiyyədə maliyyə mexanizminin təkmilləşdirilməsi və investisiya imkanları müzakirə olunur.

Sonda tərəflər görüşlərin intensivliyinin artırılmasının gələcəkdə səhiyyə sahəsində uğurlu nəticələr verəcəyinə ümidvar olduqlarını ifadə ediblər.

Qeyd edək ki, mayın 28-dək davam edəcək Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Teymur Musayevin təşkilatın üzv ölkələrinin səhiyyə nazirləri ilə ikitərəfli görüşləri və digər işçi tədbirlərin keçirilməsi planlaşdırılır.

Paylaş:
225

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər