Xocavənddə qanunsuz metal toplayan şəxs həbs olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocavənddə qanunsuz metal toplayan şəxs həbs olunub

S.Xankişiyeva12:43 - 24 / 05 / 2022
Xocavənddə qanunsuz metal toplayan şəxs həbs olunub

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları rayonun Hünərli kəndində xidmətdə olan zaman Füzuli rayon sakini Vəzir İbrahimovun idarəsində olan “VAZ-2106” markalı avtomobili nəzarət qaydasına uyğun saxlayıblar. Avtomobilə baxış keçirilən zaman həmin ərazilərdən topladığı naqil və digər əşyalar aşkar edilib.

Faktla bağlı Xocavənd RPŞ-də adıçəkilən şəxs barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Qərara əsasən o, 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Paylaş:
375

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər