Prezident İlham Əliyev Estoniya Parlamentinin sədrini qəbul edib – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Estoniya Parlamentinin sədrini qəbul edib – YENİLƏNİB

S.Xankişiyeva11:33 - 25 / 05 / 2022
Prezident İlham Əliyev Estoniya Parlamentinin sədrini qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Estoniya Respublikası parlamentinin sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı Azərbaycanla Estoniya arasında ikitərəfli münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirərək qarşılıqlı təmasların önəmini qeyd etdi və bu baxımdan Azərbaycan parlamenti sədrinin Estoniyaya, Estoniya parlamenti sədrinin isə ölkəmizə səfərinin həm ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əməkdaşlığın genişlənməsinə töhfə verdiyini bildirdi.

Prezident İlham Əliyev Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya səfərinə toxunaraq bu səfərin ermənilərin həmin ərazilərdə işğal dövründə törətdikləri genişmiqyaslı dağıntıları öz gözləri ilə görmələri baxımından çox önəmli olduğunu vurğuladı.

Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunan dövlətimizin başçısı Brüsselə son səfərinin nəticələrini çox müsbət qiymətləndirdi və səfər zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatını qeyd edərək, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasında vacib rol oynadığını bildirdi. Dövlətimizin başçısı Avropa İttifaqı ilə əlaqələrin ölkəmiz üçün önəmini qeyd edərək, bu əlaqələrin çoxşaxəli olduğunu və ənənəvi enerji sahəsindən əlavə digər istiqamətləri də əhatə etdiyini dedi və qeyd etdi ki, ölkəmizdə yaradılan müasir nəqliyyat infrastrukturu və Azərbaycanın Xəzəryanı dövlətlər, eləcə də Qərb istiqaməti üzrə bağlantıları Avropa ilə Asiya arasında qarşılıqlı əlaqədə çox mühüm rol oynayacaq.

Estoniya parlamentinin sədri Yuri Ratas ilk növbədə 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik etdi, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasının önəmini vurğuladı. Yuri Ratas Bakıya səfəri zamanı səmərəli və məhsuldar görüşlərin keçirdiyini diqqətə çatdırdı.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

11:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Estoniya Respublikası Parlamentinin sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Paylaş:
473

Son xəbərlər

Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb03 / 10 / 2024, 17:50Sergey Narışkin Bakıda səfərdədir03 / 10 / 2024, 17:44PAŞA Holding-in sponsorluğu ilə növbəti Bakı Beynəlxalq Piano Festivalı keçirilib - FOTO03 / 10 / 2024, 17:40Abbas Mirzə Şərifzadə küçəsində avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edilib - FOTO03 / 10 / 2024, 17:36Milli Məclisin Gənclər və idman komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib03 / 10 / 2024, 17:10Ayxan Hacızadədən Litvanın xarici işlər nazirinə CAVAB03 / 10 / 2024, 17:01Azərbaycanlı professor 8 milyon avro mükafat qazanıb03 / 10 / 2024, 16:58Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir03 / 10 / 2024, 16:48İlham Əliyev Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub - YENİLƏNİB03 / 10 / 2024, 16:40Konstitusiya Məhkəməsində İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüş keçirilib03 / 10 / 2024, 16:35Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib03 / 10 / 2024, 16:21Leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var - XƏBƏRDARLIQ03 / 10 / 2024, 16:11Buraxılış imtahanında yeni model tətbiq ediləcək03 / 10 / 2024, 15:59Bakı metrosunda qatar yoluna düşən kişi ölüb03 / 10 / 2024, 15:47Azərbaycanda səfərdə olan Macarıstan hərbçiləri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olublar - VİDEO03 / 10 / 2024, 15:35Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlləri qoyulub03 / 10 / 2024, 15:11Bakıda 5 marşrut xəttinin hərəkət sxemində dəyişiklik olacaq03 / 10 / 2024, 15:00Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib03 / 10 / 2024, 14:57İcma: Litva qoy gedib müxtəlif xalqların harmoniya içində yaşamasını Azərbaycandan öyrənsin03 / 10 / 2024, 14:44Cəbrayıl rayonunda “Karabakh Stone” MMC-nin zavodunun təməli qoyulub03 / 10 / 2024, 14:41
Bütün xəbərlər