Böyük Britaniya Kraliçası İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Böyük Britaniya Kraliçası İlham Əliyevi təbrik edib

S.Xankişiyeva12:47 - 25 / 05 / 2022
Böyük Britaniya Kraliçası İlham Əliyevi təbrik edib

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetdən Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Zati-aliləri.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi və xoş arzularımı çatdırıram.

Ümidvarıq ki, qlobal sağlamlıq problemlərini qətiyyət və mətanətlə birgə dəf edərək, gələcəkdə daha yaxşı günlər yaşayacağıq”.

Paylaş:
379

Son xəbərlər

Bütün xəbərlər