Şəhid ailəsi və qazi adından sui istifadə - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO
Bu gün bizi ağrıdan bir məsələ var ki, ondan yan keçmək olmur. Bizim şəhidlərimiz ölümə gedərkən, qazilərimiz hücuma atılarkən nə həlak olacaqlarını, nə də əlil qalacaqlarını düşünməyiblər.
Yüzlərlə fakt sadalama olar ki, döyüşdə yaralanan əsgərimiz tez sağalıb yoldaşlarının yanına qayıtmağa, torpaqlarımızı sonadək düşməndən təmizləməyə can atıb. Onları bu şücaətə bir amal aparıb – təmənnasız Vətən sevgisi. Lakin bəzi hallarda şəhid ailəsi, qazi adından sui-istifadə görəndə, bəzilərinin bu müqəddəs dəyərlərə xas olmayan əməllər törətdiyini görəndə...
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Şəhid ailəsi və qazi adından sui istifadə" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Mehdi Mehdiyev - Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri, Yusifov İlkin - Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Sosial Ekspertiza Xidmətinin Təşkili Departamentinin müdir müavini, Elmar Hüseyn - hərbi ekspert, Elşad Məmmədov - Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında İctimai Şuranın sədri, professor və Vüsal Həsənov - Qarabağ Ordeni ilə təltif olunmuş ehtiyatda olan xüsusi təyinatlı kapitan mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: