Bakıda qəzaya düşən polislərin adları məlum oldu – YENİLƏNİB
Bakıda polis əməkdaşlarının yol qəzasına düşməsi nəticəsində xəsarət alanların adları məlum olub.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, hadisə nəticəsində 2-si polis əməkdaşı olmaqla xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində Nəsimi rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları, polis serjantı, 1994-cü il təvəllüdlü Kamran İsmayılov döş qəfəsinin küt travması, polis serjantı, 1996-cı il təvəllüdlü Novruz Novruzov isə baş nayihəsinin sıyrılmış yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
N. Novruzovun xəsarətləri yüngül olduğundan o ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb, K. İsmayılov isə cərrahiyyə şöbəsinə yerləşdirilib.
Hadisə nəticəsində "Mercedes"markalı avtomobildə olan sürücü, 1996-cı il təvəllüdlü Məhəmməd Babazadə, döş qəfəsinin küt travması, sərnişin, 2003-cü il təvəllüdlü İlahə Ambasova isə qarının küt travması və bədənin ümumi əzilməsi diaqnozu ilə mərkəzin cərrahiyyə şöbəsinə yerləşdirilib.
10:38
Bakıda qəzaya düşən polislərin vəziyyəti açıqlanıb.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınan yol qəzası nəticəsində xəsarət alan 4 nəfər təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan 2 nəfər döş qəfəsinin travması ilə, bir nəfər isə qarnının küt travması və bədənin ümumi əzilməsi ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib: "Xəsarət alanlardan bir nəfərin başında və üzündə yüngül yaralar olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanaya yerləşdirilmiş yaralıların vəziyyəti stabil qiymətləndirilir".