AZƏRTAC, Çin səfirliyi və Konfutsi İnstitutunun birgə təşkil etdiyi rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

AZƏRTAC, Çin səfirliyi və Konfutsi İnstitutunun birgə təşkil etdiyi rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

17:04 - 27 / 05 / 2022
AZƏRTAC, Çin səfirliyi və Konfutsi İnstitutunun birgə təşkil etdiyi rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş müsabiqəyə təqdim olunan rəsmlər dostluğa, sülhə, birgə inkişafa çağırışın ifadəsidir

Mayın 27-də AZƏRTAC-ın inzibati binasında Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş “Dostluq və gələcək” mövzusunda rəsm müsabiqəsinin mükafatlandırma mərasimi və səyyar sərginin açılışı keçirilib.

1news.az xəbər verir ki, tədbir Çinin Azərbaycandakı səfirliyi, AZƏRTAC, Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə Konfutsi İnstitutunun müəllimləri, azərbaycanlı tələbələr Çinin çay sənətini və ənənəvi rəqsini nümayiş etdiriblər.

Tədbirdə Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao çıxış edərək bütün mükafatçıları təbrik edib. O, AZƏRTAC və Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutuna tədbirin təşkilində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Dinq Tao deyib ki, bu il Çin və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunur. Ötən dövrdə Çin-Azərbaycan münasibətləri zamanın və daim dəyişən beynəlxalq vəziyyətin sınağından çıxıb, qarşılıqlı siyasi etimad davamlı olaraq güclənib, əməli əməkdaşlıq səmərəli nəticələr verib, ənənəvi dostluq daha da möhkəmlənib. İki ölkə rəhbərlərinin şəxsi diqqəti və strateji rəhbərliyi altında Çin və Azərbaycan milli inkişaf istiqamətlərini daim genişləndirir, “Bir kəmər, bir yol” qurulur, iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, təhsil, mədəniyyət və incəsənət kimi müxtəlif sahələrdə əməkdaşlıq dərinləşir. Ölkələrimizin hökumətləri, universitetləri, beyin mərkəzləri, mediası, ədəbi və incəsənət qrupları arasında sıx mübadilələr aparılır.

O, həmçinin bildirib ki, müsabiqədə Azərbaycandan 53 universitet, orta və ibtidai məktəb, cəmiyyətin bütün təbəqələrindən olan 100-dən çox insan fəal iştirak edib. Onların arasında ən kiçiyinin 7, ən böyüyünün isə 53 yaşı var.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov çıxış edərək bildirib ki, Azərbaycan və Çin Böyük İpək Yolu üzərində yerləşən, dərin tarixi və zəngin mədəni irsə malik olan ölkələr olmaqla əsrlərdir bu əlaqələri inkişaf etdirir və gələcək nəsillərə ötürür. Onları birləşdirən ümumi dəyərlər isə məhz Şərq insanının qlobal sülhə, dinc birgəyaşayışa, birgə inkişafa çağırışlarıdır. Dərin köklərə əsaslanan əlaqələrimiz bu gün ölkələrimizin dövlət başçıları tərəfindən uğurla inkişaf etdirilir.

İnformasiya sahəsində də səmərəli əməkdaşlıqdan danışan Aslan Aslanov deyib ki, AZƏRTAC Sinxua xəbər agentliyi ilə uzun illərdir tərəfdaşlıq edir. Bizim bir çox birgə layihələrimiz həyata keçirilib ki, bunlar da xalqlarımızın daha da yaxınlaşmasına, bir-birimizin mədəniyyətini dərindən öyrənməyə xidmət edib. Sinxua və AZƏRTAC Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı çərçivəsində bir-birini daim dəstəkləyir. Biz, həmçinin 300 milyondan çox abunəçisi olan China Daily qəzeti ilə bir çox ortaq layihələr reallaşdırmışıq və bu qəzet mütəmadi olaraq AZƏRTAC-ın xəbərlərini dərc edir. Agentliyimiz artıq 8 ildir Konfutsi İnstitutu ilə əməkdaşlıq edir. AZƏRTAC-ın əməkdaşlarına hər il Çin dili üzrə təlimlər təşkil olunur.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin prorektoru Şahin Pənahov bildirib ki, BDU-nun Çin Anhui Universiteti ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən Konfutsi İnstitutu iki ali təhsil ocağı arasında əlaqələrin genişləndirilməsinə töhfə verir, Azərbaycan cəmiyyətinə xidmət edən platforma və körpü rolunu oynayır. Konfutsi İnstitutu mütəmadi olaraq təlimlər, müsabiqələr, ustad dərsləri kimi müxtəlif səpkili tədbirlər təşkil edir. Bu qəbildən olan “Dostluq və gələcək” mövzusunda rəsm müsabiqəsinin keçirilməsində məqsəd ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafını dəstəkləməkdən ibarətdir.

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, Konfutsi İnstitutunun xarici direktoru Oqtay Cəlilbəyli Azərbaycan-Çin münasibətlərinin həmişə rəvan və dinamik inkişaf etdiyini deyib. O qeyd edib ki, BDU-nun nəzdindəki Konfutsi İnstitutu bu gün həqiqətən də ölkələrimiz arasında təhsil, elm və mədəniyyət körpüsüdür. Azərbaycanda bu institutun hazırda 11 filialı var. Onların arasında AZƏRTAC öz aktiv fəaliyyəti ilə seçilir.

Sonra qaliblərin nümayəndələri çıxış edərək müsabiqənin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda qaliblərə mükafatlar təqdim olunub və sərgiyə baxış keçirilib.

Müsabiqə qaliblərinin əl işləri ilə AZƏRTAC-ın saytında tanış olmaq mümkündür.

Paylaş:
354

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər