Gələcəyə yeni baxış – Samsung Neo QLED 8K televizorları - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gələcəyə yeni baxış – Samsung Neo QLED 8K televizorları - FOTO - VİDEO

S.Xankişiyeva15:40 - 31 / 05 / 2022
Gələcəyə yeni baxış – Samsung Neo QLED 8K televizorları - FOTO - VİDEO

Neo QLED, ən yüksək təsvir keyfiyyətini təqdim etmək üçün xüsusi "təmzimlənən" LED-lərdən istifadə edən, Samsung-un illər ərzində inkişaf etmiş texnologiyasıdır.

Texnologiya müxtəlif işıq saçan və təsviri yüksək dəqiqliklə ötürən çoxlu sayda kvant nöqtələrindən istifadə edir. Sadə dillə desək, kvant nöqtələri müəyyən ölçülərdən asılı olaraq rənglər yayan kiçik toplardır. Rəng spektri birbaşa kvant nöqtəsinin ölçüsündən asılıdır və texnologiyanın bütün mahiyyəti buna əsaslanır. Müxtəlif nöqtələr sayəsində ekran daha çox parlaq olub, təsviri ən yüksək keyfiyyətdə göstərir. Samsung şirkəti Neo QLED-in özündə isə, adi nöqtələrin ölçüsünün 1/40-ı təşkil edən mini-LED-lərdən istifadə edir. Diodlar daha kiçik olduğundan, optik məsafə azalır və televizorun korpusu daha incə olur.

Texnologiya həmçinin süni intellektin köməyi ilə təsvirin təzadlığını və aydınlığını yaxşılaşdıran yeni miqyaslaşdırma qaydası olan Neo Quantum Processor-dan istifadə edir. Sözü gedən bu prosessor həqiqətən sürətlidir, burada neyronlar və alqoritmlər şəbəkəsi indi əvvəlki mexanizmlərdən 16 dəfə daha səmərəli işləyir. Neyroşəbəkə məlumatları, ekranda nələrin göstəriləcəyini müəyyən etmək üçün süni intellekt alqoritmlərindən istifadə etməklə televizorlarda təsviri təkmilləşdirməyə imkan verir. Bundan sonra, emal edilmiş məlumat televizorun arxa işığı ilə “birləşdirilir” formaların və səthlərin parlaqlığı və dəqiqliyi maksimum dərəcədə artırılır. Real Depth Enhancer-in dəstəyi ilə yekun nəticə ön və arxa plana ayrılaraq daha real təsvir dərinliyi və təzadlığını təmin edilir.

Yüksək keyfiyyətli təsvirin mükəmməl ötürülməsi Samsung Neo QLED-in forma faktoru ilə gücləndirilir. İstənilən məkana uyğunlaşan minimalist dizayn, demək olar ki, yan çərçivəsiz təqdim olunur. Televizorun haşiyəsi artıq ekranda baş verən hadisələrdən diqqəti yayındırmır və görüntünün ab havasına dalmağa imkan yaradır. Təxminən 1 mm genişliyində olan bu çox incə çərçivələr, Neo QLED-ə həqiqətən zövq oxşaya bir görünüş bəxş edir.

Parlaq, demək olar ki, çərçivəsiz, incə dizayna əlavə olaraq, istehsalçı burada həm də One Connect Box-dan istifadə edir. Bu, müxtəlif naqillərin yaratdığı dolaşıqlığı minimuma endirməyə imkan yaradan və girişlər / çıxışlar da daxil olmaqla, televizorun bütün qoşulmalarını bir yerdə toplayan xüsusi “qutudur”.

Mükəmməl görüntü əlbəttə ki, mükəmməl səs ilə müşahidə olunmalıdır. Bu səbəbdən də Samsung, sözü gedən bu televizorları hadisələri ekranda izləyən ətraf səs texnologiyaları ilə təchiz etmişdir. Bu keyfiyyət nəinki səsi həcmləndirir, həm də tamaşaçının film və ya proqramın ab havasına dalmasına kömək edir. Bu, nitqin baş verənləri daha dolğun başa düşməyə kömək etdiyi hərəkət səhnələri və oyunlar üçün daha çox uyğundur.

Yuxarıda sadalanan funksiyalara əlavə olaraq, televizor bir çox başqaları ilə də təchiz edilmişdir:

• Q-Symphony - Eyni zamanda həm dinamiklərdən, həm də əlavə səs panelindən istifadə edərək səsi yayımlayır (yalnız uyğun olan Samsung səs panelləri ilə).

• Tap View - telefon ekranının televizorda əks etdirir. Multi View sizə ekranı əks edərkən məzmunun yayımını davam etdirməyə imkan verir.

• SpaceFit Sound - otaq həcmindən asılı olaraq rəqəmsal səsin korreksiyası funksiyası (otağınızın akustikasına əsaslanan səs optimallaşdırılması).

• Super UltraWide GameView - 32:9 aspekt nisbətində görüntü yayımlamağa imkan yaradır (ultra geniş oyunlara aiddir, yalnız PC-dən).

Xatırladaq ki, Samsung Neo QLED televizorları artıq Azərbaycan bazarında da satışa çıxarılıb. Samsung Neo QLED televizorları haqqında əlavə məlumatı Samsung-un rəsmi internet saytından, həmçinin Baku Electronics, Irshad, Kontakt Home, Maxi.az, Soliton, World Telecom və Optimal mağazalar şəbəkəsində əldə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
325

Son xəbərlər

NATO nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib - FOTOBu gün, 17:50Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edibBu gün, 17:46Güclü leysan və qasırğa nəticəsində sığortalı fermerlərə dəymiş zərər ödəniləcəkBu gün, 17:38Polad Bülbüloğlunun “YouTube”a qanunsuz yerləşdirilmiş əsərləri silinibBu gün, 17:27“Unudulmaqda olan uşaq oyunları” festivalı keçirilib - FOTOBu gün, 17:12Faktiki hava açıqlanıbBu gün, 17:08Xaricdə təhsil alan daha 102 nəfərin diplomu tanınmayıb - SƏBƏBBu gün, 16:52Xətai rayonunun İH-nin təşəbbüsü və təşkilatçılığı, McDonald’s və Blue Residence-in dəstəyi ilə şəhid uşaqları üçün tədbir keçirilib - FOTOBu gün, 16:42Son sutkada bu qədər insan koronavirusa yoluxubBu gün, 16:33Mikayıl Cabbarov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşübBu gün, 16:24İsveçdə məktəbə bıçaqla hücum olunduBu gün, 16:16PAŞA Holding və PAŞA Sığortanın təşkilatçılığı ilə talasemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün tədbir keçirilibBu gün, 16:08Fransanın PSJ klubu Lionel Messi ilə yollarını ayırıbBu gün, 16:02Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edibBu gün, 15:54Türkiyə Azərbaycandan ildə 1 milyon turist qəbul etmək istəyirBu gün, 15:50Baş Prokurorluqda Aİ nümayəndə heyəti ilə görüş keçirilib - FOTOBu gün, 15:49Ötən ay axta­rışda оlan 286 nəfər sərhəddə aşkarlanıbBu gün, 15:30Azər Türk Bank uşaqlar üçün atb Junior kartını təqdim edirBu gün, 15:25Prezident İlham Əliyev Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib - YENİLƏNİBBu gün, 15:02İyunun 3-4-də 43 mindən artıq abituriyent qəbul imtahanı verəcəkBu gün, 14:49
Bütün xəbərlər

Next TV