Azərbaycan neftinin qiyməti artmaqda davam edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti artmaqda davam edir

11:02 - 01 / 06 / 2022
Azərbaycan neftinin qiyməti artmaqda davam edir

Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,17 dollar artaraq 122,84 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,67 dollar bahalaşaraq 115,34 dollar olub.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,68 dollar artaraq 127,48 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

1news.az

Paylaş:
312

Son xəbərlər

Bütün xəbərlər