Qətər Əmiri Prezident İlham Əliyevi təbrik edib
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Qətər Dövlətinin xalqı adından, şəxsən öz adımdan Sizə və qardaş xalqınıza səmimi salamlarımı və təbriklərimi, ən xoş arzularımı çatdırıram.
Zati-alinizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına firavanlıq və inkişaf, ölkələrimiz arasındakı sıx əlaqələrin gələcəkdə daha da möhkəmlənməsini diləyirəm.
Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz".
410