Prezident Administrasiyasında Azərbaycan Ümid Partiyasının sədri ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Prezident Administrasiyasında Azərbaycan Ümid Partiyasının sədri ilə görüş keçirilib

S.Xankişiyeva17:58 - 02 / 06 / 2022
Prezident Administrasiyasında Azərbaycan Ümid Partiyasının sədri ilə görüş keçirilib

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən siyasi dialoq prosesi çərçivəsində siyasi partiya rəhbərləri ilə təşkil olunan görüşlər davam etdirilir.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin növbəti görüşü iyunun 2-də Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə ilə keçirilib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən 1news.az-a bildiriblər ki, görüş çərçivəsində şöbə müdiri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlar, iqtidar-müxalifət siyasi dialoqu və bunun nəticəsi olaraq yaranan sağlam siyasi mühit, həmçinin “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 may tarixli Sərəncamı, İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə, Böyük Qayıdış çərçivəsində görülən işlər və sürətlə reallaşdırılan layihələr, yeni geosiyasi reallıqlar, Azərbaycanın beynəlxalq arenada artan nüfuzu və bir sıra digər aktual məsələlər haqqında fikirlərini bildirib.

Görüşdə Azərbaycan-Türkiyə münasibətləri xüsusi olaraq müzakirə edilib. Qardaş Türkiyə ilə münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan Administrasiya rəsmisi Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini qeyd edib. Ölkəmizdə keçirilmiş “TEKNOFEST Azərbaycan” festivalında iştirak etmək məqsədilə Türkiyə Prezidentinin Azərbaycana səfərini əlamətdar hal kimi dəyərləndirilən şöbə müdiri tədbirdə hər iki ölkənin rəhbərləri tərəfindən səsləndirilmiş siyasi mesajların qardaşlıq münasibətlərinin əbədiləşdirilməsinə xidmət etdiyini bildirib.

Şöbə müdiri ölkəmizdə cərəyan edən siyasi prosesləri şərh edərkən, siyasi partiyaların artan ictimai nüfuzunu xüsusi vurğulayıb. Bu mənada siyasi partiyaların maarifləndirici funksiyasını qeyd edən Administrasiya rəsmisi Azərbaycan haqqında obyektiv məlumatların yayılmasında və onların beynəlxalq təşkilatlara çatdırılmasında siyasi partiyaların daha fəal mövqe sərgiləmələrini arzulayıb.

Partiya sədri öz növbəsində ölkənin demokratik münasibətlər təcrübəsinin zənginləşməsinə xidmət edən siyasi dialoqla bağlı təşəbbüsləri dəstəklədiyini qeyd edib və bu cür təşəbbüslərin davamlı olmasının əhəmiyyətini vurğulayıb. İqbal Ağazadə ölkəmizin Türkiyə ilə münasibətlərini yüksək dəyərləndirib və işğaldan azad olunmuş ərazilərin bərpasında yerli şirkətlərlə yanaşı, xarici, o cümlədən Türkiyə şirkətlərinin iştirakını xüsusilə təqdir edib.

Görüş çərçivəsində aparılmış müzakirələrdə siyasi proseslərin iştirakçıları arasında etibarlı münasibətlərin qorunması məsələsinə də toxunulub. Belə ki, ölkəmizdə demokratik ənənələrin dərinləşməsi haqqında söhbət açan şöbə müdiri radikal müxalifət nümayəndələrinin sərt, qərəzli və inkarçı ritorikadan istifadə etməsinin bu proseslərə şüurlu şəkildə zərər vurmasına xidmət etdiyini vurğulayıb.

Görüşün sonunda Administrasiya rəsmisi əməkdaşlığa açıq və fəal mövqeyinə görə İqbal Ağazadəyə təşəkkürünü bildirib, onun sədrlik etdiyi siyasi partiyaya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Paylaş:
407

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər