147 mindən çox pensiya, müavinət, təqaüd təyinatı e-qaydada aparılıb
2022-ci ilin yanvar-may aylarında 147,1 pensiya, müavinət və təqaüd rəqəmsal infrastruktur üzərindən, proaktiv qaydada təyin edilib.
Bu barədə 1news.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Bildirilib ki, nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial təminat növlərinin təyinatı elektronlaşdırılıb.
İndiyədək 61,4 mini pensiya, qalanı müavinət və təqaüd olan 415,4 min təyinat e-sistem üzərindən proaktiv qaydada aparılıb.
Bununla da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatlar e-sistem üzərindən avtomatik həyata keçirilib.
399