“Qarabağ”ın II mərhələdəki potensial rəqibi müəyyənləşib
Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
1news.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın növbəti raunddakı mümkün rəqibi bəlli olub.
İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Ağdam təmsilçisinin Polşa “Lex”i ilə təşkil etdiyi cütün qalibinin kiminlə qarşılaşacağı bilinib. Püşk zamanı səpələnmişlərdə olan Qurban Qurbanovun yetirmələri “Lex”i üstələyəcəyi təqdirdə II raundda “Sürix”lə (İsveçrə) qarşılaşacaq. “Qarabağ”ın təşkil etdiyi cüt ilk oyunu evdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin matçları iyulun 19-20-də və 26-27-də baş tutacaq.
569