Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisi Karen Donfridi qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisi Karen Donfridi qəbul edib - YENİLƏNİB

Qafar Ağayev14:26 - 15 / 06 / 2022
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisi Karen Donfridi qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi qəbul edib.

1news.az xəbər verir ki, Karen Donfrid ABŞ dövlət katibi Entoni Blinkinin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Entoni Blinkenə çatdırmağı xahiş edib.

Görüşdə əlaqələrimizin gündəliyinin geniş olduğu qeyd edilib, onun enerji sahəsində əməkdaşlıq, regionda təhlükəsizlik, postmünaqişə dövrü, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması və digər məsələləri əhatə etdiyi bildirilib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq regionu kimi görmək istəyir.

Prezident İlham Əliyev ABŞ Prezidenti Cozef Baydenin Azərbaycanın Müstəqillik Günü münasibətilə və Bakı Enerji Həftəsi çərçivəsində ona ünvanladığı məktublarda, həmçinin özünün Cozef Baydenə məktubunda qeyd olunmuş məsələlərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini vurğulayıb.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

***

Saat 12:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi qəbul edib.

Xəbər yenilənəcək

Paylaş:
463

Son xəbərlər

FHN: Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıbBu gün, 09:26Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:21İranda növbədənkənar prezident seçkiləri başlayıbBu gün, 09:07Bakıda hazırda sıxlıq müşahidə edilən yollar - SİYAHIBu gün, 09:06Lerikdə zəlzələ olub, digər rayonlarda da hiss olunubBu gün, 08:59Laçın şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 08:57Xankəndi şəhərinin iqtisadi imkanları ilə tanışlıq - FOTO27 / 06 / 2024, 19:21TƏBİB-in icraçı direktoru: Tibb müəssisələrində baş vermiş uyğunsuzluqlar ciddi narahatlıq doğurur27 / 06 / 2024, 17:48Baş Prokurorluq işəgötürənlərə müraciət etdi27 / 06 / 2024, 17:35Arif Quliyevin həyat yoldaşı vəfat etdi27 / 06 / 2024, 17:31Sevinc Fətəliyeva: Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi Azərbaycan üçün ən əsas məsələdir27 / 06 / 2024, 17:21Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edilib27 / 06 / 2024, 17:12Rusiya gəmiləri Bakıya dostluq səfəri ediblər - FOTO27 / 06 / 2024, 17:04“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb27 / 06 / 2024, 16:58İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib27 / 06 / 2024, 16:34Ceyranbatan su anbarında qadın meyiti aşkarlanıb27 / 06 / 2024, 16:20Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilir27 / 06 / 2024, 16:16Azərbaycanda Dünya Ətraf Mühit Günü keçiriləcək27 / 06 / 2024, 16:11Prezident BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib - YENİLƏNİB27 / 06 / 2024, 15:55Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir27 / 06 / 2024, 15:44
Bütün xəbərlər