Aİ-nin xüsusi nümayəndəsi İlham Əliyevin səsləndirdiyi bəyanatla bağlı paylaşım etdi: “Məmnun oldum” | 1news.az | Xəbərlər
Siyasət

Aİ-nin xüsusi nümayəndəsi İlham Əliyevin səsləndirdiyi bəyanatla bağlı paylaşım etdi: “Məmnun oldum”

Qafar Ağayev08:54 - 20 / 06 / 2022
Aİ-nin xüsusi nümayəndəsi İlham Əliyevin səsləndirdiyi bəyanatla bağlı paylaşım etdi: “Məmnun oldum”

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Prezident İlham Əliyevin IX Qlobal Bakı Forumunda səsləndirdiyi bəyanatını dəstəkləyib.

1news.az xəbər verir ki, bu barədə xüsusi nümayəndənin rəsmi "Twitter" səhifəsində yerləşdirilmiş paylaşımda deyilir.

"Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı bəyanatını oxumaqdan məmnun oldum: Ermənistanla müsbət dinamikanın ardınca indi sülhün bərqərar olmasının, əməkdaşlığın əsasının qoyulmasının və praktiki icraya keçilməsinin vaxtıdır. Avropa İttifaqı bunu güclü şəkildə dəstəkləyir", - paylaşımda deyilir.

Paylaş:
402

Son xəbərlər

Bütün xəbərlər