Nazir: Qeyri-neft məhsullarının ixracı 30 faizdən çox artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: Qeyri-neft məhsullarının ixracı 30 faizdən çox artıb

Qafar Ağayev11:31 - 23 / 06 / 2022
Nazir: Qeyri-neft məhsullarının ixracı 30 faizdən çox artıb

Bu ilin ilk beş ayında qeyri-neft məhsullarının ixracı 30 faizdən çox artıb.

1news.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"İqtisadiyyatın şaxələndirilməsi tədbirləri nəticəsində qeyri-neft məhsullarının ixracındakı müsbət tendensiya davam edir.

Bu ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,9% artaraq 1 mlrd. 188 mln. dollar təşkil edib", - nazir deyib..

Paylaş:
308

Son xəbərlər

Bütün xəbərlər