Prezident İlham Əliyev Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə görüşüb - FOTO

09:05 - 30 / 06 / 2022
Prezident İlham Əliyev Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə görüşüb - FOTO

İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.

1news.az xəbər verir ki, Xəzər Sammiti çərçivəsində Prezident İlham Əliyev ilə görüşməkdən məmnunluğunu ifadə edən Prezident Vladimir Putin dövlətimizin başçısının Rusiyaya səfərini xatırlatdı, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsinin önəmini bildirdi. Əlaqələrimizin genişləndiyini və hazırkı səviyyəsinin çox yaxşı olduğunu deyən Rusiya dövlətinin başçısı razılaşdırılan bütün məsələlərin icra edildiyini vurğuladı. Prezident Vladimir Putin qeyd etdi ki, ticarət dövriyyəsi artır. Bu artım keçən il 16 faizdən çox, bu ilin üç ayının nəticələrinə görə 5,5 faiz təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin inamlı artımı müşahidə olunur.

Siyasi əlaqələrimizə toxunan Prezident Vladimir Putin Rusiya xarici işlər nazirinin Bakıya səfərini xatırlatdı, Rusiya hökuməti sədrinin və Dövlət Duması sədrinin də Bakıya səfərlərinin planlaşdırıldığını qeyd etdi. Rusiya dövlətinin başçısı bildirdi ki, ən əsası isə 2024-cü ilə qədər Rusiya-Azərbaycan birgə əməkdaşlıq planının reallaşdırılmasıdır. Beləliklə, bütün sahələrdə inkişaf var.

Prezident Vladimir Putin qeyd etdi ki, regional təhlükəsizlik, o cümlədən Qarabağ məsələsinin nizamlanması barədə də Azərbaycan dövlətinin başçısı ilə müzakirə aparılıb və bu görüş də həmin mövzunun nəzərdən keçirilməsi üçün imkan yaradır.

Nahar vaxtı qeyri-rəsmi təmas zamanı Prezident İlham Əliyevin ifadə etdiyi fikirləri xatırladan Rusiya dövlətinin başçısı Sammitin işgüzar keçdiyini, regional əməkdaşlığın inkişafına dair maraqlı təkliflərin irəli sürüldüyünü dedi. Dövlətimizin başçısı ilə görüşün faydalı olduğunu bildirən Prezident Vladimir Putin aparılan müzakirələrin ikitərəfli münasibətlərimizin inkişafına əlavə təkan verəcəyini qeyd etdi.

x x x

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Rusiya Prezidenti ilə görüşdən məmnunluğunu ifadə etdi və bildirdi ki, Prezident Vladimir Putin ilə keçirilən görüşlər həmişə əlaqələrimiz üçün çox önəmli olub. Dövlətimizin başçısı bu görüşün də ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliyini bildirdi.

Azərbaycan Prezidenti ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasından, eyni zamanda, sənaye kooperasiyası, nəqliyyat və energetika sahələrində əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı bu görüşün regional məsələlərin müzakirəsi üçün də yaxşı imkanlar yaratdığını dedi.

Prezident İlham Əliyev əlaqələrimizin inkişafı baxımından bu yaxınlarda Rusiya xarici işlər nazirinin Azərbaycana səfərinin önəmini qeyd etdi və ikitərəfli münasibətlərimizin ölkələrimiz və xalqlarımız naminə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirdi.

Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi.

x x x

Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb.

Paylaş:
129

Son xəbərlər

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb13 / 08 / 2022, 19:01Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb13 / 08 / 2022, 18:58“Basqal” Dövlət Tarix-mədəniyyət Qoruğuna mediatur təşkil olunub13 / 08 / 2022, 17:57Hərbi qulluqçularımız Türkiyədə keçirilən təlimdə iştirak edib - FOTO13 / 08 / 2022, 17:35Magistraturaların boş qalan yerlərinə qəbul olmaq üçün sənəd verənlərin sayı açıqlanıb13 / 08 / 2022, 17:30Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar - FOTO13 / 08 / 2022, 16:57İsmayıllı sakininin evində 11 kq narkotik aşkarlanıb13 / 08 / 2022, 16:49DİM: “Ümumi balı 150-dən az olmayan 9804 abituriyent II ixtisas qrupunda müsabiqədə iştirak edəcək”13 / 08 / 2022, 16:45Ümumi balı 200-dən az olmayan 6039 abituriyent II ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanıb13 / 08 / 2022, 16:25Azərbaycan gimnastları İslamiadada finala vəsiqə qazanıb13 / 08 / 2022, 16:07Fövqəladə hallarda davranış qaydaları barədə maarifləndirmə tədbirləri keçirilib13 / 08 / 2022, 16:05İslamiada: Azərbaycanın qadın həndbol yığması finala yüksəlib13 / 08 / 2022, 15:34MN: “Şuşada erməni silahlılarına məxsus kvadrakopter endirilib” - FOTO - VİDEO13 / 08 / 2022, 15:22Laçına, Zabuxa, Susa qayıdışın təşkili üçün tədbirlər müəyyən edilib13 / 08 / 2022, 15:08Aktyor Elvin Ağayev əməliyyatdan sonra evə buraxılıb13 / 08 / 2022, 14:52TƏBİB Bakıda doğulan beşəmlərlə bağlı məlumat yayıb13 / 08 / 2022, 14:48MN: “Son vaxtlar sərhəddə baş verən gərginliyə görə məsuliyyət Ermənistanın üzərinə düşür”13 / 08 / 2022, 14:30Bakıda dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB13 / 08 / 2022, 14:14Ordumuzun mövqeləri atəşə tutulub13 / 08 / 2022, 13:58Təsərrüfat sahiblərini aldadıb heyvanlarını ələ keçirən şəxs həbs olunub13 / 08 / 2022, 13:22
Bütün xəbərlər

Next TV