Cəlilabad Rayon İcra Hakimiyyəti sabiq başçıdan 3 milyon manat tələb edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabad Rayon İcra Hakimiyyəti sabiq başçıdan 3 milyon manat tələb edir

Qafar Ağayev15:59 - 01 / 07 / 2022
Cəlilabad Rayon İcra Hakimiyyəti sabiq başçıdan 3 milyon manat tələb edir

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı edən Namiq Zeynalovun vəkilləri dövlət ittihamçısının tələblərinə etiraz ediblər.

Vəkillər məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş ediblər.

İş üzrə zərərçəkmiş qismində tanınmış Cəlilabad Rayon İcra Hakimiyyəti 3 milyon manat, DOST İş Mərkəzi isə 50 min manat mülki iddia qaldırıb. Müdafiə tərəfi zərərçəkmiş qurumların tələblərinin əsassız olduğunu deyiblər.

Namiq Zeynalov son söz üçün vaxt istəyib.

Proses iyulun 4-nə kimi təxirə salınıb.

Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Paylaş:
336

Son xəbərlər

Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:28Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11
Bütün xəbərlər