Boris Conson istefa verdi - YENİLƏNİB
Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib.
1news.az xəbər verir ki, o, bu barədə xalqa müraciəti zamanı bildirib. O, yeni lider seçilənə qədər vəzifəsində qalacağını da deyib.
12:50
Böyük Britaniyanın baş naziri Boris Consonun bu gün Mühafizəkarlar partiyasının rəhbəri vəzifəsindən istefa verəcəyi gözlənilir.
1news.az xəbər verir ki, bu barədə BBC telekanalı bildirib.
Qeyd olunur ki, Boris Conson nazirlərin və deputatların dəstəyini itirdikdən sonra Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verəcək.
B.Conson payız aylarına qədər baş nazir vəzifəsində qalacaq, daha sonra Mühafizəkarların yeni sədri hökumətə başçılıq edəcək.
Xatırladaq ki, son bir neçə gün ərzində Conson hökumətindən 50-dən çox nazir və digər səlahiyyətli şəxs istefa verib.
1news.az