Bu ayın sonunda 41 ailə Zəngilanın Ağalı kəndinə köçürüləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ayın sonunda 41 ailə Zəngilanın Ağalı kəndinə köçürüləcək

15:49 - 09 / 07 / 2022
Bu ayın sonunda 41 ailə Zəngilanın Ağalı kəndinə köçürüləcək

Zəngilan rayonunda "Ağıllı kənd" layihəsi olan Ağalı kəndinə birinci mərhələdə bu ayın sonuna qədər 41 ailənin köçürülməsi həyata keçiriləcək.

1news.az Trend-ə istinadən bildirir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.

O qeyd edib ki, bununla bağlı artıq kifayət qədər böyük tədbirlər görülür.

"Ayın sonuna qədər artıq məcburi köçkünlər həmin evlərə qayıdacaqlar", - deyə V.Hacıyev əlavə edib.

1news.az

Paylaş:
697

Son xəbərlər

Bütün xəbərlər