Azərbaycan nefti ucuzlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

Qafar Ağayev10:14 - 12 / 07 / 2022
Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 11-də 120,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,15 dollar/barel azdır.

Bu barədə 1news.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 118,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,18 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 73,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,18 dollar/barel azdır.

Paylaş:
531

Son xəbərlər

Bütün xəbərlər