Bir butulka spirtli içkini iki dəqiqə ərzində içib öldü
Cənubi Afrikada bir kişi pul müqabilində bir butulka "Jaegermeister" spirtli içkisini iki dəqiqə ərzində içib və ölüb.
1news.az xəbər verir ki, bu barədə "Sowetan Live" yazır.
Mərhum spirtli içkilərin satışı məntəqələrindən birində baş tutan yarışda iştirak edib. Şərtlərə görə, müəyyən vaxt ərzində bir butulka içkini içə bilən şəxs qalib olmalı idi. Mükafat 200 Cənubi Afrika randı (12 dollar) idi.
Cənubi afrikalı cəmi iki dəqiqə ərzində "Jaegermeister"i içə bildi və sonra huşunu itirdi. Təcili xəstəxanaya çatdırılan şəxs, özünə gəlmədən dünyasını dəyişib. Polis hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.
1news.az
320