Rusiyanın Ukraynaya hücumu nəticəsində ölən uşaqların sayı açıqlandı
Rusiyanın Ukraynaya yönəlmiş hücumlarında 349 uşağın həyatını itirdiyi, 652 uşağın isə yaralandığı açıqlanıb.
1news.az Hürriyet.com-a istinadən xəbər verir ki, Rusiya və Ukrayna arasında davam edən müharibədə mülki əhali arasında itkilər artır. Ukrayna Baş Prokurorluğundan verilən açıqlamada Rusiya ordusunun Ukraynaya hücumları nəticəsində 349 uşağın öldüyü, 652 uşağın isə yaralandığı bildirilib.
Açıqlamada, Ukraynanın Donetsk vilayətində 352, Xarkov vilayətində 190, Kiyev vilayətində 116, Çerniqov vilayətində 68, Luqansk vilayətində 61, Xerson vilayətində 52, Mikolaivka vilayətində 53, Zaporojye vilayətində isə 31 uşağın hücumlardan təsirləndiyi bildirilib. Baş Prokurorluq həmçinin bəyan edib ki, Rusiyanın hücumları nəticəsində Ukraynada ən azı 2126 təhsil müəssisəsi zərər görüb, onlardan 216-sı tamamilə məhv edilib.
Humay Əliyeva