2021-ci il dövlət büdcəsinin icrası haqqında Qanun təsdiqləndi | 1news.az | Xəbərlər
Rəsmi

2021-ci il dövlət büdcəsinin icrası haqqında Qanun təsdiqləndi

Qafar Ağayev16:24 - 14 / 07 / 2022
2021-ci il dövlət büdcəsinin icrası haqqında Qanun təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Sənədə əsasən, Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası gəlirlər 26 396 285,0 min manat, xərclər 27 422 420,2 min manat məbləğində olmaqla təsdiq edilib.

PDF yükləyin

***

Dövlət baçısı, həmçinin, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2022-ci il 28 iyun tarixli 559-VIQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.

Fərmanla “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2022-ci il 28 iyun tarixli 559-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək
məqsədilə qərara alınır:

- “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2022-ci il 28 iyun tarixli 559-VIQ nömrəli Qanununun 2-ci maddəsinin 2.2-ci bəndi ilə funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində istifadə olunan vəsaitin inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşən, maliyyə yardımı alan təşkilatlar və tədbirlər üzrə icrasının məbləği aşağıdakı qaydada təsdiq edilsin:

PDF yükləyin

Paylaş:
871

Son xəbərlər

Bütün xəbərlər