UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb | 1news.az | Xəbərlər
Futbol

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb

Qafar Ağayev17:44 - 18 / 07 / 2022
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb

Futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb.

1news.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə 7 cütün tərkibi müəyyənləşib.

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəni dayandıran komandalar Avropa Liqasında çıxış edəcəklər.

Püşkə əsasən, Çempionlar yolunda “Jalgiris” (Litva) – “Malmö” (İsveç) cütünün məğlubu “Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq) cütünün məğlubu, “Lüdoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya) cütünün məğlubu “Dinamo” (Zaqreb, Xorvatiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu, “Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç) cütünün məğlubu “Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə) cütünün məğlubu, “Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan) cütünün məğlubu “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütünün məğlubu, “Maribor” (Sloveniya) – “Şerif” (Moldova) cütünün məğlubu HIK (Helsinki, Finlandiya) – “Viktoriya” (Plzen, Çexiya) cütünün məğlubu ilə qarşılaşacaq.

Liqa yolunda isə “Midtüllann” (Danimarka) - AEK (Larnaka, Kipr) cütünün məğlubu Serbiyanın “Partizan”, “Dinamo” (Kiyev, Ukrayna) – “Fənərbağça” (Türkiyə) cütünün məğlubu isə Çexiyanın “Slovaçko” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu raundun ilk oyunları avqustun 4-də, cavab qarşılaşmaları avqustun 11-də olacaq.

Paylaş:
833

Son xəbərlər

Bütün xəbərlər