Səlim Müslümovun məhkəməsi bu tarixdə olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Səlim Müslümovun məhkəməsi bu tarixdə olacaq

Qafar Ağayev15:33 - 20 / 07 / 2022
Səlim Müslümovun məhkəməsi bu tarixdə olacaq

Mənimsəmədə təqsirləndirilən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsinin vaxtı məlum olub.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmənin hazırlıq iclası avqustun 1-nə təyin edilib.

Prosesə hakim Faiq Qəniyev sədrlik edəcək.

Qeyd edək ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra səhhətindəki problemlərlə bağlı o, ev dustaqlığına buraxılıb.

Paylaş:
769

Son xəbərlər

Bütün xəbərlər