Ukrayna: “İran Rusiyanın təcavüzkar siyasətini alovlandıran addımlardan çəkinməlidir”
Ukrayna Xarici İşlər Nazirliyi rəsmi Tehranı Rusiyanın Ukraynaya qarşı aqressiv davranışını qızışdıran hər hansı bəyanat və ya addımlardan çəkinməyə çağırıb.
1news.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko İran hökumətinin “Rusiyanın Ukraynaya müdaxiləsinə dolayısı ilə haqq qazandıran” bəyanatlarına reaksiya verib.
“Rusiya müharibəsi başlayandan bəri İran açıq şəkildə neytrallığını bəyan edərək, atəşkəs və siyasi-diplomatik həll yoluna çağırış edib. Bununla bağlı Ukrayna tərəfi İran hökumətinin öz açıqlamalarını dəyişdirməsindən narahatdır”,-deyə o əlavə edib.
1news.az
708