Enerjiyə qənaət: Fransada kondisionerli mağazalar qapılarını bağlamalı olacaqlar
Fransanın ekologiya naziri Agnes Pannier-Runacher, kondisionerli mağazaların qapılarını bağlamalı olacağını, neon işıqların məhdudlaşdırılacağını açıqladı.
1news.az BBC news- a istinadən xəbər verir ki, Enerji qənaətini artırmaq üçün bu tədbirləri pozan mağazalar 750 avroya qədər cərimələnəcək.
Pannier-Runacher bildirib ki, bəzi mağazaların bir tərəfdən kondisionerləri, digər tərəfdən isə qapılarını açması “absurddur”.
Fransalı nazir bu mövzuda iki fərmanın bir neçə gün ərzində dərc olunacağını bildirib və əlavə edib: “Hər hansı ölçüdə işıqlı reklamlar gecə saat 1-dən səhər saat 6-ya qədər işıqlandırıla bilməz”.
Ölkədə neon lövhələrə qadağa əhalisi 800 mindən az olan yerlərdə həyata keçirilir. Hava limanları və qatar stansiyaları bu qərardan çıxarılıb.
Rusiyanın Ukraynaya hücumundan sonra Avropada enerji qiymətləri kəskin artıb.
Enerji şirkəti Shell, Rusiyadan Avropa İttifaqına (Aİ) gedən qazın azaldılması səbəbindən bu qış Aİ-də elektrik enerjisinin kəsilməyəcəyinə dair heç bir zəmanət olmadığını açıqladı.
Son zamanlar isti dalğası ilə mübarizə aparan Fransada kondisionerlər hesabına enerji istehlakı artıb.
Humay Əliyeva