İran rəsmisi: İran Ermənistanda yol tikintisi layihələrində iştirak edərək Azərbaycan marşrutunu əvəz etmək istəyir
İranın İnkişaf və Ticarət Təşkilatının sədri və Ermənistanın İqtisadiyyat nazirinin müavininin iştirakı ilə iqtisadi-texniki əməkdaşlıq üzrə İran-Ermənistan müştərək işçi qrupunun iclası keçirilib.
1news.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, görüşdə İranın İnkişaf və Ticarət Təşkilatının rəhbəri Əlirza Peyman Pak deyib: “Ermənistanın İqtisadiyyat naziri İran şirkətlərinin işləri ilə tanış olub. İran Ermənistanda yol tikintisi layihələrində iştirak etmək istəyir, çünki bu, bizim şimal ölkələrinə çıxışımızı təmin edəcək və Azərbaycan marşrutunu əvəz edəcək”.
4 İran şirkətinin Ermənistanda dəmir yolunun tikintisinə hazır olduqlarını qeyd edən Ermənistanın İqtisadiyyat nazirinin müavini əlavə edib: “Quru yol marşrutları, Cənub-Şimal dəhlizi bizim üçün önəmlidir və bildiyimə görə, Ermənistan tərəfi bu sahəyə sərmayə qoymağa hazırdır”.
O, həmçinin dəniz nəqliyyatının inkişaf etdirilməsinin zəruriliyinə toxunaraq qeyd edib: “Ermənistan hökuməti Xəzər dənizi üzərindən yükdaşımaları məsələsini nəzərdən keçirir. Eləcə də, İran limanlarından Rusiyaya yüklənmə təmin edilməlidir və bu sahədə Orta Asiya və Rusiyaya yüklərin təhlükəsiz daşınması üçün İranın şimal limanlarının köməyi lazımdır”.
https://bit.ly/3z2y9WE
1news.az