Psixiatrdan qazilərə ÇAĞIRIŞ: Bu asılılıq yaradır
“Qazilərdə posttravmatik stress pozuntusu sağalan diaqnozdur”.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, psixiatr Aydan Cabbarova "Postmüharibə dövründə reabilitasiya" mövzusunda danışarkən deyib.
O bildirib ki, bununla belə, sağalan sözünün yanında mütləq şəkildə "vaxtında başlayan müalicə" ifadəsi də vurğulanmalıdır:
“Gecikdirilmiş müalicədən hansı nəticələrin alınacağı ilə bağlı heç bir həkim öncədən proqnoz verə bilməz. Çünki yanaşı travmalar, fərqli şəxsiyyət tipləri var. Müalicə gecikdirildikdə tamam başqa istiqamətdə problemlər ortaya çıxır. İlk növbədə həmin şəxslərə dərman müalicəsi lazımdır. Bir çoxları dərman müalicəsindən çəkinir. Qeyd edirlər ki, yuxu gətirir, asılılıq yaradır. Lakin bu, belə deyil. Vəziyyətə görə qiymətləndirmələr aparılır və yan təsirlərin olmamasına səy göstəririk. Qazilər hansı əlamətdən daha çox əziyyət çəkirsə, onu aradan qaldırmağa çalışırıq”.
1news.az