Qızıl bahalaşıb
Qızılın qiyməti əhəmiyyətli dərəcədə yüksəlib. Bu, əsasən ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclasından sonra dolların zəifləməsi ilə əlaqədardır.
1news.az xəbər verir ki, bunu birjaların məlumatları göstərir.
Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 1,04% və ya 17,8 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 736,35 dollar təşkil edib.
Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 3,26% artaraq 1 unsiya üçün 19,207 dollara satılıb.
Xatırladaq ki, FES uçot dərəcəsini yenidən 75 baza bəndi - illik 2,25-2,5% qaldırıb. Bu qərar dolların digər əsas valyutalara nisbətən ucuzlaşmasına səbəb olub. ABŞ milli valyutasının zəifləməsi isə qızılın bahalaşmasına təsir göstərib.
1news.az
459