“Kənd Təsərrüfatı Nazirliyi pandemiyanın təsirlərini zəiflətmək üçün böyük işlər görür” – Tural İsmayılov | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Kənd Təsərrüfatı Nazirliyi pandemiyanın təsirlərini zəiflətmək üçün böyük işlər görür” – Tural İsmayılov

16:18 - 03 / 08 / 2022
“Kənd Təsərrüfatı Nazirliyi pandemiyanın təsirlərini zəiflətmək üçün böyük işlər görür” – Tural İsmayılov

“Pandemiyanın iqtisadi təsirlərini zəiflətmək və qeyri-neft sektorunun inkişafı üçün KTN tərəfindən genişmiqyaslı işlər həyata keçirilir”.

1news.az xəbər verir ki, bu fikirləri saytımıza açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib:

“Cənab Prezident ölkədə qeyri-neft sektorunun inkişafı üçün mühüm tapşırıqlar verib. Son illərdə özəlliklə aqrar sahədə dövlət başçısının qayğısı nəticəsində ciddi işlər aparılır. Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən aqrar sektorda şəffaflığın, hesabatlılığın və operativliyin təmin edilməsi məqsədilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) yaradılıb. Bunun nəticəsində xeyli fermerlərimiz bu proqramdan yararlana biliblər. EKTİS sisteminin tətbiqinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Fermerlər DAİM-lərə və ASAN Xidmət mərkəzlərində yaradılmış xüsusi xidmət pəncərələrinə yaxınlaşaraq EKTİS-in tətbiqi ilə bağlı məsləhət ala bilirlər.

Ölkəmiz fermerlərə göstərilən dövlət qayğısına görə də bir çox dünya ölkələrinə örnək göstərilə bilər. Ölkəmizdə kənd təsərrüfatının inkişafına yönəlmiş daha bir mühüm addım aqrar sığorta sisteminin tətbiqidir. Prezident İlham Əliyevin “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərmanının icrası ilə əlaqədar dünyadakı mövcud aqrar sığorta modelləri araşdırılıb.Həmin modellərin üstün və zəif cəhətləri araşdırılaraq Azərbaycan üçün dövlət-özəl sektor tərəfdaşlığını əsas tutan model hazırlanıb. Həmin modelə əsasən Aqrar Sığorta Fondu yaradılıb və aqrar sığorta mexanizminin tətbiqi təmin olunub. Hazırda işğaldan azad olunan bölgələrimizin önəmli aqrar potensialı var. KTN tərəfindən orada ciddi layihələr həyata keçiriləcək”.

Ekspert onu da bildirib ki, aqrar sahədə maarifləndirmədə vətəndaşlarımız da fəal iştirak etməlidirlər.

1news.az

Paylaş:
607

Son xəbərlər

Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44
Bütün xəbərlər