Mastercard Azərbaycanda GooglePay-ın işə salınmasını qeyd edir
Rəqəmsal ödənişləri gündəlik həyatın bir parçasına çevirərək, Mastercard Azərbaycanda ödənişlərin rəqəmsallaşdırılması proseslərinə rəhbərlik etməkdədir.
Bir neçə il öncə işə salınmış Nağdsız Azərbaycan proqramı hazırda maliyyə mənzərəsini tamamilə dəyişərək ödəniş proseslərinə şəffaflıq və rahatlıq, ölkə iqtisadiyyatına isə güc qatıb. Texnologiyaya olan inamın artması ilə Azərbaycanda təmassız ödənişlər populyarlıq qazanıb.
Smartfonlar bir ünsiyyət vasitəsindən daha artıq olublar və insanlar tərəfindən bir yerdən başqa yerə getmək, müxtəlif tədbirlərdə iştirak etmək, yemək sifariş vermək üçün istifadə edildiyi bir vaxtda artıq loyallıq və bank kartları daşıyıcılarına da çevriliblər.
Mastercard-ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal “Nağdsız Azərbaycan” proqramının başlanmasının ardından ölkədə ödəniş kartlarının sayının iki dəfə artdığını bildirib. “Biz Azərbaycanı nağdsız gələcəyə aparmaq əzmindəyik. Ona görə də bizim bütün layihə və planlarımız Rəqəmsal və Nağdsız Gələcək üçün infrastrukturun yaradılmasına xidmət edir. Pandemiya dövrü başlayandan bu yana ölkədə bir sıra layihələr həyata keçiririk ki, bu da nağdsız ödənişlərin sayının artmasına və nəticədə istifadəçilər arasında məlumat və inam səviyyəsinin artmasına səbəb olub. Ölkədaxili POS-dan istifadə 2,6 milyard manatdan 11 milyard manata, elektron ticarətin payı isə artaraq 9 faizdən 30 faizə yüksəlib. Bu artım tempi 4 il ərzində e-ticarət həcmlərinin 10 dəfədən çox artması deməkdir.
Son 50 ili müqayisə etsək, qarşıdakı 5 il daha çox dəyişikliklər vəd edir. Belə ki, 2025-ci ildə ölkə əhalisinin demək olar ki yarısı mobil internetdən istifadə edəcək, bütün internetə qoşulmaların 85%-i smartfonlar vasitəsilə həyata keçiriləcək və 2025-ci ilə qədər mobil telefon istifadəçilərinin sayında bir milyona yaxın artım gözlənilir. Mobil təmassız nüfuzun yüksək olduğu ölkələrdə ümumi təmassız ödəniş qəbul 90 faizə çatıb. Onu deyim ki, Azərbaycanda POS cihazların 82%-i təmassız ödənişləri qəbul edir və indi smartfonlar da POS cihazıdır deyə bilərik. Şamaxıda başlatdığımız kimi, təmassız kartlar və smartfonlar ictimai nəqliyyatda da ödəniş vasitəsinə çevriləcək”.
GooglePay-i Azərbaycana gətirən Mastercard müştərilər üçün daha təhlükəsiz, daha etibarlı xüsusi ödəniş imkanları təqdim edir, yəni onlara bank kartlarını başqalarına vermək, düymələrə fiziki toxunuşlar etmək və ya nağd pul mübadiləsi kimi bəzi əməliyyatlardan uzaqlaşmağa kömək edir.
GooglePay Mastercard tərəfdaşı olan ABB, Kapital Bank, Bank Respublika, Unibank, Rabitabank və Paşabank kimi banklarda mövcuddur. Bu banklar Mastercard kart sahiblərinə GooglePay-də qeydiyyatdan keçmək və kartları ilə ödənişlər etmək müqabilində üstünlüklər verəcəklər. Bununla yanaşı, biz Mastercard olaraq ölkə daxilində müxtəlif ticarət müəssisələri və brend mağazalarında fərqli kampaniyalarımız çərçivəsində üstünlüklər təqdim edirik (ticarət müəssisələri və brend mağazaların tam siyahısı: https://mstr.cd/gpay)
Qeyd edək ki, Masterсard ödəniş sənayesi sahəsində fəaliyyət göstərən qlobal bir texnologiya şirkətidir. Bizim missiyamız əməliyyatları daha təhlükəsiz, sadə, ağıllı və əlçatan etməklə hər kəsə hər yerdə faydalı olan əhatəli, rəqəmsal iqtisadiyyat yaratmaq və onu gücləndirməkdir. Təhlükəsiz məlumatlar və şəbəkələr , tərəfdaşlıqlar və istəkdən istifadə edərək bizim innovasiya və həllərimiz fərdlərə, maliyyə institutlarına, hökümətlərə və şirkətlərə özlərinin ən böyük potensialını reallaşdırmaqda kömək edir. Bizim nizam-intizam əmsalımız bizim mədəniyyətimizə və şirkət daxilində və xaricində gördüyümüz hər bir işə stimul verir. Biz, 210-dan çox ölkə və bölgədəki bağlantılarımızla hər kəs üçün qiymətsiz imkanlar açan dayanıqlı bir dünya qururuq.
Reklam hüququnda