Azərbaycanda “Google Pay” ödəniş sistemi istifadəyə verilir - Bu banklarda var - SİYAHI
Bu gündən etibarən Azərbaycanda "Mastercard" sahibləri öz kartlarını Google Wallet-ə əlavə edə və kontaktsız ödənişlərin qəbul edildiyi yerlərdə WearOS cihazları və Android telefonları ilə ödəniş edə biləcəklər
1news.az xəbər verir ki, bu barədə "MasterCard"ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal "Google Pay" sisteminin Azərbaycanda işə salınmasına həsr olunmuş mətbuat konfransı zamanı deyib.
Bildirilib ki, Google Cüzdanı istənilən Android telefonu və ya Wear OS ilə sürətli, asan və təhlükəsiz ödəniş üsulu təmin edir.
GooglePay Mastercard tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Bank Respublika, Unibank və Rabitəbank kimi banklarda mövcuddur. "Mastercard" kart sahibləri artıq həm Mastercard kampaniyalarından, həm də həmin bankların təqdim etdiyi təkliflərdən yararlana biləcəklər.