Mədəni irsimiz olan qurama beynəlxalq səviyyədə nümayiş olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəni irsimiz olan qurama beynəlxalq səviyyədə nümayiş olunub - FOTO

Qafar Ağayev16:20 - 26 / 08 / 2022
Mədəni irsimiz olan qurama beynəlxalq səviyyədə nümayiş olunub - FOTO

Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan dekorativ sənət nümunəsi qurama ölkəmizin hüdudlarından beynəlxalq səviyyədə təqdim olunub.

1news.az xəbər verir ki, Milli və mədəni irsimizin qorunması və təbliği işinə hər zaman diqqət və qayğı ilə yanaşan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, daima xaricdə təşkil olunan konfrans və tədbirlərdə Azərbaycan mədəniyyət və sənət nümunələrinin yüksək səviyyədə nümayişini dəstəkləyir.

Bu dəfə beynəlxalq səviyyədə qeyri-maddi #mədəni irsin mühüm hissəsindən biri olan qurama sənətinin müxtəlif nümunələrdə şifahi nümayişi və təqdimatı olub.

Belə ki, 22-28 avqust 2022-ci il tarixlərində Çex Respublikasının paytaxtı #Praqa şəhərində keçirilən Beynəlxalq Muzeylər Şurasının (ICOM) 26-cı konfransında ölkəmizi təmsil edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Muzey Mərkəzinin direktoru Əminə Məlikova “Qurama - Azərbaycan Xalq Tətbiqi Sənəti” adlı məruzə ilə çıxış edib.

İştirakçıların xüsusi marağına səbəb olan məruzədə son dövrlərdə unudulmaq təhlükəsi yaşayan qurama sənətinə yeni həyatın verilməsi, dünyada tanıdılması məqsədi ilə həyata keçirilən layihələrdən, o cümlədən “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunda yaradılan Qurama Mərkəzindən, bu il respublikamızda ilk dəfə keçirilən MilliQuramaFestivalından bəhs edilib.

Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər